VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda yaşlı kişi ona yaraşmayan cinayət törədib. O, təxminən özü yaşında olan bir qadına qarşı zor tətbiq edərək əlindəki çantasını alaraq qaçıb. Soyğunçuluq cinayəti ərazidəki təhlükəsizlik kamerasına düşüb.

BAKU.WS xəbər verir ki, yaşlı kişi əvvəlcə ağbirçək qadını izləyib. Qadın insanların olmadığı yerə çatanda kişi ona hücum edib və əlindəki çantasını alaraq qaçıb.
Bakıda olan hadisənin görüntülər ərazidəki təhlükəsizlik kameralarına düşüb. Zərərçəkmiş Zərifə Şahverdiyeva ərazi üzrə Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə məlumat verib ki, Mircəlal küçəsində olarkən bir kişi ona qarşı soyğunçuluq edib.

Qadın ifadəsində bildirib ki, içində 40 manat pul, mobil telefon, bankomat kartları və sənədi olan çantasını həmin yaşlı kişi zorla əlindən alaraq qaçıb. Dərhal 7-ci polis bölməsinin əməliyyatçıları hadisə yerinə baxış keçiriblər. Ərazidəki müşahidə kameralarına düşən görüntülərə baxarkən polis müəyyən edib ki, soyğunçuluq cinayətini Bakı şəhər sakini 55 yaşlı Elçin Şabanov törədib və o, çox çəkməyib ki, elə həmin çanta ilə birlikdə saxlanılaraq polis bölməsinə gətirilib.
Elçin Şabanovun ətrafında araşdırma aparılarkən o da məlum olub ki, əvvəllər də soyğunçuluq və yol nəqliyyat hadisəsinə görə iki dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Elçin Şabanov barəsində cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS