SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Sabunçu Telefon Qovşağı "Azərsu” ASC-ni məhkəməyə verib.

BAKU.WS "Report"un məlumatına görə, Sabunçu Telefon Qovşağı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 19 596 manat borcun silinməsini istəyib.

Məhkəmə qətnamə çıxararaq qovşağın iddia tələbini təmin edib. Həmin qərardan narazı qalan cavabdeh - "Azərsu” ASC apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 4-nə təyin edilib. İşə hakim Elmira Nağıyevanın sədrliyi ilə baxılacaq.
 
BAKU.WS