SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Regional Şöbəsinin keçmiş əməliyyatçısı narkotik maddə ilə tutulub.

BAKU.WS xəbər verir ki, "Report"un Cənub bürosunun məlumatına görə, BNMİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İdarənin Cənub Regional Şöbəsinin keçmiş əməliyyatçısı Nazim Xəlilov tutulub. Onun üzərinə baxış keçirilən zaman səkkiz bükümdə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Arzu Mirzəyeva
BAKU.WS