Ceki Çanın Bakıdakı filminin çəkilişləri davam edir - Maraqlı görüntülər
Əfsanəvi aktyor Ceki Çan Bakıda "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macəra filminin çəkilişlərini davam etdirir.
BAKU.WS xəbər verir ki, filmin əsas çəkiliş meydançası Qazaxıstandır. Manqistau və Almatı vilayətlərində, eləcə də Almatıda çəkilişlər baş tutub. Qazaxıstan tərəfinin təklifi ilə çəkilişlər üçün ikinci ölkə olaraq Azərbaycan seçilib. Filmin istehsalı ilə Qazaxıstanın "Salem Entertainment" kinokompaniyası məşğul olur. Layihənin prodüseri şirkətin qurucusu Rustem Omarov, rejissoru isə namizədliyini şəxsən Ceki Çanın təsdiqlədiyi qazaxıstanlı quruluşçu və kaskadyor Robert Kundur.
Bakıdakı çəkilişlər üçün şəhərin ən çox tanınan görməli yerlərindən bəziləri seçilib. Kadrlarda İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı görünəcək.
Filmin premyerası 2027-ci ilə planlaşdırılıb.
Oxşar xəbərlər
Səfir: Füzulidə məscidin açılışı 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır
Türkmənistanın Füzuli şəhərində inşa etdiyi məscidin açılışının 2026-cı ilin sonunda və ya 2027-ci ilin əvvəlində keçirilməsi planlaşdırılır. BAKU.WS "Report"a...