"Dur" tələbinə məhəl qoymayan sürücüyə yarım milyon cərimə - qonşu ölkədə qəribə hadisə

Dur tələbinə məhəl qoymayan sürücüyə yarım milyon cərimə - qonşu ölkədə qəribə hadisə
Dünya 6

Türkiyənin Əskişəhər şəhərində polis əməkdaşlarının "dur" tələbinə tabe olmayan və alkotester müayinəsindən keçməkdən imtina edən sürücüyə 550 min lirə(19.526 manat) cərimə tətbiq edilib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, hadisə Tepebaşı rayonunun Əskibağlar məhəlləsində baş verib. Polis şübhəli hesab etdiyi pikapı saxlamaq istəyib. Lakin sürücü tələbi yerinə yetirməyərək avtomobili ilə uzaqlaşıb.

Polis təqibindən sonra sürücü saxlanılıb. F.G. adlı şəxs əməkdaşlara müqavimət göstərib və qandallanaraq zərərsizləşdirilib.

Yoxlama zamanı onun daha əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə sürücülük vəsiqəsindən məhrum edildiyi məlum olub.

Sürücüyə polis əməkdaşının "dur" tələbinə əməl etməmək, alkotesterdən keçməkdən imtina etmək və sürücülük hüququ məhdudlaşdırıldığı halda avtomobil idarə etmək səbəbilə ümumilikdə 550 min lirə cərimə yazılıb.

Pikap 60 gün müddətinə yol hərəkətindən kənarlaşdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər