ABŞ-da "rus mafiyası"nın 8 üzvü saxlanıldı
Amerikanın Narkotiklərlə Mübarizə üzrə İdarəsinin əməkdaşları Nyu-Yorkda "rus mafiyası"nın üzvü olan cinayətkar qruplaşmanın 8 üzvünü yaxalayıb.
BAKU.WS-in modern.az-a istinadən verdiyi məlumata görə, onlar Rusiyanın və keçmiş SSRİ respublikalarının vətəndaşlarıdır.
Quldurların hamısına bir neçə maddə: narkotik alveri, reketlik, qumar oyunlarının qanunsuz təşkilatçılığı üzrə ittiham elan olunub.
Cinayətkarlap daha çox sakinlərinin əksəriyyəti keçmiş SSRİ və Şərqi Avropa ölkələrindən olan Koni-Aylend və Brayton-Biç rayonlarında fəaliyyət göstəriblər. Dəstə üzvləri həm də ABŞ-dan kənarda yaşayan adamlardan yaxınlarını fiziki cəhətdən məhv etməklə hədələyərək pul da alıblar.
Oxşar xəbərlər
“Lotu Quli” “Azərbaycan mafiyası”nın “Xaç atası” elan olundu
Rusiya xüsusi xidmət orqanları azərbaycanlılardan ibarət yeni kriminal qruplaşmanın fəallaşmasından narahatlıq keçirirlər. "Rosbalt” xəbər verir ki, sözügedən...