“Lotu Quli” “Azərbaycan mafiyası”nın “Xaç atası” elan olundu

“Lotu Quli” “Azərbaycan mafiyası”nın “Xaç atası” elan olundu
Hadisə 2865

 

Rusiya xüsusi xidmət orqanları azərbaycanlılardan ibarət yeni kriminal qruplaşmanın fəallaşmasından narahatlıq keçirirlər.

"Rosbalt” xəbər verir ki, sözügedən qruplaşma bir müddət əvvəl formalaşdırılıb.Hüquq mühafizə orqanlarındakı mənbə "Rosbalt”a bildirib ki, yeni formalaşdırılmış quplaşmaya "Lotu Quli”(Nadir Səlifov) və Vaqif Suleymanovun klanları daxildir. Eyni zamanda, kriminal aləmin daha bir nüfuzlu üzvü, "qanuni oğlu” "Rəşad Gəncincki” də (Rəşad Suleymanov) yeni formalaşdırılmış qruplaşmaya dəstək verir. 

Mənbə onu da bildirib ki, Rusiyadakı "Azərbaycan mafiyası”nın yeni "Xaç atası”nın da kimliyinə aydınlıq gətirilib. Məlumata görə, azərbaycanlı avtoritetlər öz liderləri kimi "Lotu Quli”ni tanıdıqlarını bəyan ediblər. 

"Rəşad və Vaqifin Rusiyadakı biznes dairələri, azərbaycanlı iş adamları, əyləncə və ticarət obyektlərinin sahibləri ilə sıx əlaqələri var. Onların yaratdığı yeni qruplaşma "Lotu Quli”nin rəhbərliyi altında sürtlə inkişf edir. Böyük ticarət obyektləri və iş adamları onların himayəsi altına keçir. Bu isə digər qruplaşmaları ciddi narahat edir. "Azərbaycan mafiyası”nın yeni "xaç atası”nın kimliyi digər qruplaşmaları bərk qorxuya salıb. Onlar Rusiyadakı biznes şəbəkələrinin tədricən məhz azərbaycanlıların tam nəzarəti altına keçə biləcəyindən ehtiyat edirlər” – deyə, mənbə bildirib. (missiya.az)

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər