Rusiyada biznesmenin "Porsche Cayenne”ini oğurlayan azərbaycanlılar tutuldu (FOTO)
27
fev
2016
11:42
Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Azərbaycandan olan cinayətkar qrupu zərərsizləşdirib. BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cinayətkar qrup Rusiyanın paytaxtı Moskva şəhərində dələduzluq və quldurluqla məşğul olurmuş. Qrup üzvləri sahibkarlardan birini, 39 yaşlı Moskvada fəaliyyət göstərən şəxsi hədələyərək "Porsche Cayenne” avtomobili və 150 min rubl pulunu götürüblər. Cinayətkar qrupun 3 üzvü azərbaycanlı olub. Onların yaşı 28-39 olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır. Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda saxta pul hazırlayan mütəşəkkil dəstə zərərsizləşdirildi (FOTO)
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanmas...