Hövsan sakinlərinin zibil problemi aradan qaldırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonunun Hövsan qəsəbəsində sakinləri narahat edən antisanitar vəziyyət aradan qaldırılıb.
BAKU.WS-in məlumatına görə, polisin müşaiyəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən antisanitar vəziyyət nəzarətə götürülüb və problem həllini tapıb.
***2026-08-13
Hövsan MİDA yaşayış kompleksinin sakinləri ərazidəki zibil problemindən narazıdır.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Sakinlərin sözlərinə görə, ərazidə zibil qutuları olsa da, qutuların ətrafı mütəmadi olaraq zibillik olur. Onlar bildirirlər ki, əsas səbəb zibil daşıyan maşınların əraziyə 3-4 gündən bir gəlməsidir.
Sakinlər zibilin vaxtında daşınmamasının həm ərazinin görünüşünü korladığını, həm də antisanitar vəziyyət yaratdığını deyirlər.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...