Taksi sürücüsündən ŞOK HƏRƏKƏT - "Uşaqlı adam götürmürəm"
Bakıda taksi sürücüsü uşaqlı sərnişini yolda düşürdüb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Sərnişinin sözlərinə görə, o, taksi sifariş edib və avtomobilin gəlməsi üçün təxminən 8 dəqiqə gözləyib. Taksi gəldikdən sonra azyaşlı uşağı ilə birlikdə avtomobilə əyləşib.
İddiaya görə, sürücü əvvəlcə sərnişinə qarşı kobud davranıb. Ardınca, təxminən 5-6 dəqiqə yol getdikdən sonra sürücü qəfil "mən uşaqlı adam götürmürəm" deyərək avtomobili saxlayıb.
Sərnişin sürücüdən belə vəziyyətdə nə etməli olduğunu soruşsa da, onun avtomobildən düşməsini istəyib.
Hadisənin baş verdiyi avtomobilin dövlət nömrə nişanının 77-UY-148 olduğu bildirilir.
Sərnişin sürücünün bu davranışından narazı qalaraq məsələ ilə bağlı tədbir görülməsini istəyib.
Oxşar xəbərlər
Lənkəranda açıq sahələrdə baş verən yanğınlar söndürüldü
Lənkəranda müxtəlif istiqamətlərdə açıq sahələrdə baş verən yanğınlar söndürülüb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib...