Ayxan Abbasov: "Sabahın Ulduzları" layihəsindən bir çox istedad üzə çıxıb"
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov "Sabahın Ulduzları" turniri barədə fikirlərini bildirib.
BAKU.WS AFFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis bu layihənin uşaq, yeniyetmə, gənclər futbolunda vacib olduğunu deyib.
Onun sözlərinə görə, yeniyetmə futbolçuların turnirlərdə çıxış etməsi çox vacibdir:
"Sabahın Ulduzları" layihəsindən bir çox istedad üzə çıxıb. Belə yarışların təkcə Bakıda deyil, bölgələrdə də mümkün qədər çox təşkili Azərbaycan futbolunun yalnız xeyrinə olar. Belədə millilərin məşqçiləri də oradan çıxan istedadları görər, gələcəkdə onların peşəkarlaşmalarına çox kömək edərlər. Valideynlər də övladlarında istedad görürlərsə, onlara inansınlar, arxalarında dursunlar. Çünki futbolçu olmaq üçün bir çox mərhələlərdən keçməlisən. Bu çətinlikləri asanlaşdırmaq baxımından valideyn dəstəyi çox vacibdir".
A.Abbasov burada ən ağır işin məşqçilərin üzərinə düşdüyünü sözlərinə əlavə edib:
"Akademiyalardakı məşqçilər futbolumuzun bünövrəsini qoyanlardır. Gənc futbolçuların yetişməsində həmin məşqçilərin əməyi böyükdür. Futbolumuz inkişaf etdikdə onlar da artırmalıdırlar".
Oxşar xəbərlər
Erlinq Holand "Ginnesin Dünya Rekordları"na adını yazdırdı
Norveçli ulduz futbolçu Erlinq Holand karyerasındakı uğurları ilə "Ginnesin Dünya Rekordları" kitabına daxil edilib. BAKU.WS "Guinness World Records"a istinadən...