Azərbaycanda yazıçı anasını vurub qaçan sürücünün görüntülərini yaydı (VİDEO)

Yazıçı, kulturoloq Aydınxan Əbilov anasının avtomobillə vurulma anının kadrlarını paylaşıb.
BAKU.WS xəbər verir ki, yazıçının anasını ötən gecə avtomobil vurub. Yazıçı bildirib ki, sürücü anasını maşınla vurduqdan sonra, evə gətirib və qaçıb.
"Gecə zəng gəldi ki, Lənkəranda dünən anamı bazarlıq etdiyi iri supermarketin qarşısında maşın vurub. Özü boynuna almır, amma günah yaşayış məntəqəsində sürətlə şütüyən xarici markalı avtomobilin vicdansız sürücüsündə olub. Adam kimi özünü aparmayan sürücü anamın sadə kənd qadını olduğunu görüb, gəlib evdə atıb, çıxıb gedib, nə kiməsə deyib, nə maraqlanıb, nə də təcili yardıma, həkimə xəbər edib. Gecədən artıq hadisənin videogörüntülərini çıxartmışam. Fəqət anam indi mənə yalvarır ki, yazıqdır, polisə vermə, qarğış edər, nə bilim, sən də sükan arxasındasan", - deyə Aydın xan bildirib.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
BAKIDA FACİƏ: yolun buzunu təmizləyən qadını vurub öldürdülər
Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən...
