Sürücü piyadanı vurub öldürdü, hadisə yerindən qaçdı (VİDEO)
Cəlilabad rayonunda piyada ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS ARB Cənub-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Naməlum avtomobil yolu keçmək istəyən Cəlilabadın Astanlı kənd sakini, 48 yaşlı Nadir Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü isə hadisə yerindən qaçıb. Avtomobilin qırılaraq yerə tökülmüş ehtiyyat hissələrindən onun "VAZ – 21 06” olduğu ehtimal olunur.
Hazırda hadisəni törədən sürücünün tapılması istiqamətində axtarışlar davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda baş həkimin oğlu can verdi
Göyçay rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə saat 21:45 radələrində Bakı-Şamaxı-Y...