Erməni yazıçı Xocalı abidəsi qarşısında baş əydi - Foto

Erməni yazıçı Xocalı abidəsi qarşısında baş əydi - Foto
Siyasət 1464

Bakıya səfər edən erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan Xocalı abidəsini ziyarət edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, ötən il təqiblərə məruz qaldığı üçün Ermənistandan ailəsi ilə birlikdə Azərbaycana qaçmış Vaan Martirosyan da onun yanında olub.

Qeyd edək ki, İsveçdə yaşayan siyasi mühacir və Sərkisyan rejiminin tənqidçisi olan V. Avetyanın ötən gün Bakıya gəlib. O, mətbuata müsahibəsində Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunun olduğunu deyib. Avetyan ikinci cəhdində Azərbaycana gələ bilib. Ona bir neçə günlük Bakı şəhərində qonaq olmağa icazə verilib. Avetyan ilk dəfə Bakıya qeyri-qanuni yolla gəlməyə cəhd etdiyi üçün ölkəyə buraxılmayıb.

Yazıçı Bakıya gələndən sonra sosial şəbəkədə səfərlə bağlı fikirlərini paylaşıb: "Azərbaycan mediası Ermənistanın ünvanına tənqidləri dərc etdiyi üçün danışıram. Bu tənqidləri Ermənistanın satqın tulaları, jurnalistləri, hüquq müdafiəçiləri, qrant və muzd üçün çalışan konyukturaçı "sülhpərvər"ləri heç zaman etməyib”.

***

Hazırda erməni yazıçının iştirakı ilə Bakıda tədbir keçirilir. Tədbirdə hüquq müdafiəçiləri, QHT və müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edir.

BAKU.WS

Oxşar xəbərlər

Məşhur ermənidən etiraf: "Mən sizi sevirəm, azərbaycanlılar!"

Məşhur ermənidən etiraf: "Mən sizi sevirəm, azərbaycanlılar!"

Məşhur erməni hüquq müdafiəçisi Vahe Avetyanın gözlənilmədən Bakıda peyda olması ötən günün ən böyük sensasiyası oldu. V.Avetyan – siyasi mühacir və Sarkisyan r...

1599 Siyasət 08:49 10 oktyabr 2016

Son xəbərlər