Gəncədə ağır qəza - Yaralanan var - VİDEO
04
iyl
2024
23:08
Bu gün Gəncə şəhərində velosipedçinin ağır xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə şahidlərinin BAKU.WS-nin “qaynar xətti”nə verdikləri məlumata görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb.
Bİldirilib ki, “Priora” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan velosipedçini vurub. Daha sonra yol kənarında park edilən “Mercedes” markalı avtomobilə çırpılıb.
Qəzada yaralanan velosipedçi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qusarda ağır qəza: Velosipedçi öldü, avtomobil aşdı - FOTO/VİDEO
Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisənin videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb....