SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuzda avtomobil çaya düşüb, batdıqları ehtimal olunan iki nəfərin axtarışları aparılır.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə Hunanlar kəndi ərazisində qeydə alınıb. Avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları Nazirliyin qüvvələri tərəfindən davam etdirilir.

Axtarışlar Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən intensiv şəkildə həyata keçirilir.

BAKU.WS
VİDEO