Qəza nəticəsində Kürdə batdıqları ehtimal olunan 3 nəfərin axtarışları aparılır - FOTO/VİDEO

Qəza nəticəsində Kürdə batdıqları ehtimal olunan 3 nəfərin axtarışları aparılır - FOTO/VİDEO
Foto Video
Video 61

İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 3 nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən davam etdirilir.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Hazırda Tovuz rayonu sakinləri 1992-ci il təvəllüdlü Cəfərov Vüqar Rəsul oğlu, 1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlu və 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlunun batdıqları ehtimal olunan istiqamətlər üzrə axtarışları intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər