Şahbuzda minaatan mərmi aşkarlandı - FOTO
02
iyn
2024
18:45
Şahbuz rayonu Daylaqlı kənd ərazisində sursat aşkar edilib.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar nazirliyin minalardan təmizləmə üzrə pirotexnik qrupu hadisə yerinə cəlb edilib.
Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 82 mm-lik minaatan mərmisi olduğu müəyyən olunub.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Əhmədlidə hərbi sursatlar aşkarlanıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məluma...