Naxçıvanda top mərmisi tapılıb - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Darıdağ massivində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
BAKU.WS nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin minalardan təmizləmə üzrə pirotexnik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 76 mm-lik top mərmisi olduğu müəyyən edilib.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...