Bakıda pandusu açmayan sürücü işdən ÇIXARILDI - YENİLƏNİB - RƏSMİ/VİDEO
Bakıda əlil arabaları üçün qoyulmuş pandusu açmayan avtobus sürücüsü cəzalandırılıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Fiziki məhdudiyyətli şəxsin müntəzəm avtobus marşrutuna minməsinə şərait yaradılmaması ilə əlaqədar AYNA tərəfindən daşıyıcıya xəbərdarlıq edilib. Daşıyıcıya sürücülərin sərnişindaşıma qaydalarına riayət etmələri və avtobuslarda pandusların işlək vəziyyətdə olması ilə bağlı növbəti dəfə tapşırıq verilib. Nöqsanlara yol verən sürücü işdən azad edilib", - deyə məlumatda qeyd olunub.
***11:07
Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında gərginlik yaşanıb.
BAKU.WS-in məlumatına görə, buna səbəb sərnişin avtobuslarında əlil arabaları üçün qoyulmuş pandusların sürücü tərəfindən açılmaması olub.
Sərnişinlər fiziki məhdudiyyətli şəxs üçün sürücü tərəfindən pandusun açılmasını tələb ediblər. Sürücü pandusu açmaq istəmədikdə isə gərginlik daha da alovlanıb. Baş verənlər başqa bir sərnişin tərəfindən anbaan lentə alınıb. Mübahisələrin ardınca sürücü pandusu açıb.
Hadisə ilə bağlı sərnişin avtobusunun aid olduğu “Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, sosial şəbəkələrdəki görüntülərlə tanışdırlar. Bununla bağlı olaraq sürücü barəsində tədbir görüləcək:
"Bəzi hallarda pandusların açılması ilə bağlı problemlər olur, onunla bağlı da texniki yoxlama aparılır".
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...