SİZİN REKLAM BURADA!
055 213 76 73


153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.

Bakı şəhəri üzrə Təhsil idarəsindən BAKU.WS-ə verilən məlumata görə, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb.

Şagirdlər təxliyyə olunub, xəsarət alan yoxdur. Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Müvafiq mütəxəssislər tərəfindən məktəbə baxış keçirilərək problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.

***12:26

Paytaxtda, 153 №-li tam orta məktəbdə yanğın hadisəsi baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, yanğın məktəbin kitabxanasında qeydə alınıb. 

Hadisə ilə bağlı FHN Mətbuat xidmətidən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 153 nömrəli məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən kitabxanada elektrik kabeli, kitab rəfi və kitablar qismən yanıb".

Hadisə yerindən görüntüləri təqdim edirik:

Banu Hüseynli
BAKU.WS
VİDEO