SİZİN REKLAM BURADA!
055 213 76 73


Azadlıqda yerləşən “Atrium Kids Park”da yanğınla bağlı Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, hadisə binanın 5-ci mərtəbəsində baş verib.

“5 mərtəbədə havalandırma matorunda qısaqapanma olub. Ani alovlanma baş verib. Əməkdaşlar tərəfindən baş verə biləcək yanğının qarşısı alınıb.

FHN-nin Yanğınla mübarizə qüvvələri əraziyə cəlb olunsa da, müdaxiləyə ehtiyac olmayıb.

***17:36

Azadlıqda yerləşən “Atrium Kids Park”da yanğın başlayıb.

BAKU.WS xəbər verir ki. bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Hadisə ilə bağlı məlumat almaq üçün “Atrium Kids Park” ilə əlaqə saxladıq. Bİldirildi ki, binanın yuxarı mərtəbəsində havalandırma sistemində tüstülənmə baş verib.

Problemin aradan qaldırıldığı bildirilib. Hazırda uşaq əyləncə mərkəzinin işlədiyi və heç bir problem olmadığı qeyd edilib.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO