VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda orta məktəbdə bıçaqlanma olub. 9-cu siniflər arasında düşən dava onların bıçaqlanması ilə nəticələnib. Hadisə Binəqədidə yerləşən 217 nömrəli məktəbdə baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən orta məktəbdə baş verib. Dərs başlamamışdan əvvəl 9-ci sinif şagirdi Nemət Musayev öz sinif yoldaşı Elturan Əmənova bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Hadisəni törədən məktəbli isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə gətirilib.

Direktor müavininin sözlərinə görə, hər iki məktəbli tərbiyəli şagird kimi tanınırlar.

Məktəb şagirdləri isə deyir ki, Nemət Musayev Elturan Əmənovu eyni məktəbdə təhsil alan bacısına görə bıçaqlayıb.

Elturan Əmənovanın valideyni isə bildirib ki, əməliyyatdan çıxıb, vəziyyəti yaxşıdır. Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi polisin apardığı araşdırmalardan sonra məlum olacaq.

Aynur Ələkbərova
BAKU.WS