Azərbaycanda şagird şagirdi bıçaqladı - maşın saxlanılan yerə görə
Xəbər verdiyimiz kimi, dünən Şəmkir rayonunun Yeni Həyat kəndindəki orta məktəbdə bıçaqlanma olub.
BAKU.WS-in Lent.az-a istinadla verdiyi məlumata görə, şagirdlər arasındakı davanın səbəbi məlum olub. 10-cu sinif şagirdi Ceyhun Məmmədovun 11-ci sinif şagirdi olan Abbas Əliyev tərəfindən dərs vaxtı bıçaqlandığı müəyyən edilib.
Məlum olub ki, hər iki şagird orta məktəbə avtomobillə gəlib və onlar arasında maşın saxlamaq üçün olan yerə görə mübahisə düşüb. Bir-birilərinə güzəştə getməyən şagirdlərin mübahisəsi münaqişəyə çevrilib və 16 yaşlı Ceyhun digər məktəbli tərəfindən bıçaqlanıb.
Hadisədən sonra valideynlər məktəb rəhbərliyinə tədris prosesinin yaxşı təşkil edilməməsi ilə bağlı narazılıqlarını bildiriblər.
BAKU.WS
Oxşar xəbərlər
BAKIDA ŞOK OLAY - Şagird müəlliməni döyüb dodağını partlatdı
Bakının Xətai rayonunda yerləşən 95 saylı məktəbdə döyülmə hadisəsi baş verib. BAKU.WS moderator.az-a istinadən xəbər verir ki, 11-ci sinif şagirdi olan oğlan ö...