VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda marşrut avtobusunun sürücüsü dayanacaqda bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib. 

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu rayonun Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə olan dayanacaqda naməlum şəxslə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və R.Məmmədov 2 bıçaq zərbəsi alıb. Çoxlu qan itirən R.Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
 
Qeyd edək ki, R.Məmmədov 163 nömrəli marşrut avtobusunun sürücüsüdür.
 
BAKU.WS