Zərdab-Kürdəmir yolunda iki maşın toqquşub - Ölən var - FOTO
08
apr
2024
16:40
Zərdab-Kürdəmir yolunda iki maşın toqquşub, ölən var
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirib.
Qeyd olunub ki, bu gün saat 11 radələrində Zərdab-Kürdəmir yolunun Zərdab rayonunun Qaravəlli kəndi ərazisindən keçən hissəsində Ağcəbədi rayon sakini K.Hüseynovun idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Zərdab rayon sakini Eyyub Eyyubovun idarə etdiyi "VAZ" markalı maşın toqquşub.
Hadisə nəticəsində E.Eyyubov ölüb.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Qalereya
Oxşar xəbərlər
Rəşad Dağlının ŞOK İFADƏLƏRİ - FOTO/VİDEO
2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum ş...