Paytaxtda qeyri-adi xidmət: Taksi sürücüsü dərd dinləməyə görə pul alır

Paytaxtda qeyri-adi xidmət: Taksi sürücüsü dərd dinləməyə görə pul alır
Video
Sosial 113

"Dərdini danışmaq - 12 manat, ailə problemləri - 25 manat, sevgi problemləri - 21 manat, məsləhət almaq isə 26 manat".

Belə maraqlı bir elan paytaxtda fəaliyyət göstərən taksilərdən birində yerləşdirilib. Diqqətçəkən məqamlardan biri isə dost, tanış və ya qohum adı ilə müraciət edənlər üçün qiymətin ikiqat hesablanacağı ilə bağlı qeydin olmasıdır.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında məlumat verilib.

Paytaxt sakinləri isə məsələyə müxtəlif cür münasibət bildiriblər.

"Mən dərdimi taksidə danışmazdım. Amma insanın çətin və dolu vaxtına düşəndə, bəlkə də kimsə belə bir seçim edə bilər. O insanları da qınamıram", - deyə sakinlərdən biri bildirib.

Digər bir sakin isə qeyd edib:

"Mən taksi sürücülərinin dərdinə qulaq asıram. Amma elə insanlar var ki, oturur və dərdini danışmağa adam axtarır. Mənim düşüncəmə görə, son vaxtlar çox insan dinləməyi yox, danışmağı sevir. Ona görə də dinləyəcək adam tapmırlar. Taksi sürücüsü də məcbur pul aldığı üçün dinləyir".

Maraqlıdır, insanların danışmağa və dinlənilməyə bu qədər ehtiyacı varmı? Etibar edə biləcəkləri yaxınları yoxdurmu ki, tanımadıqları insanlara dərdlərini danışırlar? Görünür, məsələ artıq o həddə çatıb ki, qarşı tərəf də bunu ödənişli xidmətə çevirib.

Psixoloq İlahə Dadaşova isə məsələni belə izah edib:

"Danışmaq psixologiyada "katarsis" adlanan elmi terminlə ifadə olunur. Yəni insan danışdıqca mənəvi olaraq rahatlaşır. Elə insanlar var ki, psixoloji seanslara sadəcə danışmaq üçün gəlirlər".

Son xəbərlər