Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
11
mar
2026
09:14
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşür.
BAKU.WS report-a istinadən xəbər verir ki, taxılın ümumi çəkisi 1 023 tondur.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 ton Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.
Oxşar xəbərlər
İrandan daha bir Azərbaycan vətəndaşı təxliyə edilib
İrandan martın 11-də saat 00:00-10:00 aralığında daha bir Azərbaycan vətəndaşı təxliyə olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, onun təxliyəsi "Astara...