Bakı metrosunda HƏYƏCANLI ANLAR - SƏBƏBİ
Bakı metrosunda qatarda tüstülənmə olması həqiqəti əks etdirmir.
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, sərnişinin iddiası əsassızdır:
"Metroda heç bir hadisə baş verməyib. Tüstülənmə olarsa, qatar saxlanılır, texniki nasazlığın olub-olmaması üçün qatar yoxlanır. Amma deyilən heç bir hadisə baş verməyib. Hər hansı hadisə baş verərsə, buna operativ şəkildə reaksiya verilir".
***08:08
Bakı metrosunda qatarda tüstülənmə baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Sərnişinlər bildiriblər ki, metronun "28 may" stansiyasında qatarda tüstülənmə olub.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Oxşar xəbərlər
Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...