VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Azərbaycanda 7 nəfər suda boğularaq ölüb.


BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, Mərdəkan qəsəbəsindəki dəniz çimərliyində Gəncə şəhər sakini Akif Məmmədov, Zuğulba çimərliyində Buzovna qəsəbə sakini Ərəstun Əliyev, Tovuz rayonu Qazqulu kəndində Kamran Hüseynov su anbarında çimərkən boğulublar. Şəmkir rayonunun Qaranüy kəndində isə Elvin Piriyev Kür çayında balıq tutarkən yıxılaraq çayda boğulub. Onların meyitləri sudan çıxarılıb.

Digər bir anoloji hadisə Sumqayıt şəhərindəki dəniz çimərliyində qeydə alınıb. Abşeron rayon sakini 12 yaşlı Anar Baxşəliyev itkin düşüb. A.Baxşəliyevin çimərkən boğulması müəyyən edilib və avqustun 5-də meyiti sudan çıxarılıb.

Digər bir hadisə Binəqədi rayonundakı Goradil qəsəbəsinin çimərliyində baş verib. Gəncə şəhər sakini Namiq Qurbanov və Abşeron rayon sakini Anar Mehdiyev çimərkən boğulublar. Meyitlərin sudan çıxarılması istiqamətində tədbirlər görülür.
 
BAKU.WS