Bakıda restoranda yanğınla bağlı dövlət qurumlarından RƏSMİ AÇIQLAMA - YENİLƏNİB-5 - VİDEO

Bakıda restoranda yanğınla bağlı dövlət qurumlarından RƏSMİ AÇIQLAMA - YENİLƏNİB-5 - VİDEO
Foto Video
Hadisə 22

Paytaxtda yanğın olan ərazidə yol polisi əməkdaşları hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edirlər.

Bu barədə Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib.

***20:11

Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində restorandakı yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Qeyd edilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***19:51

Bakıda baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə rəsmi açıqlama verilib.

Qurumdan bildirilib ki, FHN-in “112” qaynar xəttinə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən restoranda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in yanğınla mübarizə qüvvələri cəlb edilib. Yanğınla mübarizə tədbirləri davam etdirilir.

***19:38

Bakıda restoranda baş verən yanğın məhdudlaşdırılıb.

BAKU.WS xəbər verir ki, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Hazırda soyutma işləri davam edir.

***19:31

Bakıda restoranda yanğın başlayıb.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə.. “Hyyat Regency” hoteli qarşısında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər