SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Türkiyənin Qaziantep şəhərinin İncipınar məhəlləsində yerləşən polis idarəsini partlatmaq məqsədi ilə 2-3 terrorçu bölməyə daxil olmağa çalışıb.
 
BAKU.WS xəbər verir ki, polisin müqaviməti ilə qarşılaşan terrorçulardan biri vurulub. Həmin terrorçunun üzərindəki bombanın zərərsizləşdirilməsi üçün hadisə yerinə bomba mütəxəsisləri gətirilib.
 
Təxminən bir neçə dəqiqə sürən atışmadan sonra hadisə yerinə təcili tibbi yardın briqadaları sevq edilib.     

Üzərlərində partlayıcı maddələrin olduğu deyilən terrorçulardan ikisi qaçmağa müvəffəq olub. Hazırda onların tutulması istiqamətində axtarışlar aparılır.

Hadisə yerinə giriş çıxış dayandırılıb. Polis əməkdaşları genişmiqyaslı əməliyyatlara başlayıb.
 
BAKU.WS