Polislərin İstanbul terrorundan əvvəlki "WhatsApp" yazışması
Türkiyə mətbuatında şübhəlilərlə bağlı polislərin "WhatsApp" yazışması da yayılıb. Bu yazışma hadisədən 5 dəqiqə öncə olub.
BAKU.WS-in məlumatına görə, yazışmadan aydın görünür ki, onların geyimləri, daha doğrusu yay günü gödəkçə geyinmələri polisi şübhələndirib. Polislərdən biri yoldaşına naməlum şəxslərin oğruya bənzədiklərini deyib və onları izləməyi tapşırıb.
Polis "sənədlərinizi görə bilərəmmi?" deyəndə isə kamikadze qorxuya düşərək atəş açmağa başlayıb.
İlk vurulan da şübhəlini görən polis olub. Polis yaralayan terrorçu xarici xətlər terminalının qarşısına qaçır və özünü partladır. Həyat yoldaşı ilk övladlarına 6 aylıq hamilə olan polisin ayıq sayıqlığı onlarla insanı ölümdən xilas edir. Lakin o özü hazırda ölüm qalım savaşı verir.
Bundan sonra digər kamikadzelər də avtomatdan atəş açmağa başlayıblar. Terrorçulardan biri polis tərəfindən yaralanıb. Onun yanına gələn polis kamikadzenin üzərində bomba olduğunu görüb. Lakin bombaya ziyan vurmamaq üçün hadisə yerindən uzaqlaşıb.
BAKU.WS
Oxşar xəbərlər
İstanbulu qana boyayan terrorçuların kimliyi məlum oldu (VİDEO)
İstanbulda 42 nəfərin ölümünə səbəb olan terror aktının detalları dəqiqləşib. BAKU.WS-in məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, canlı bombalar il...