Bakı polisinin silahlandırılması xəbərinə rəsmi reaksiya
Kütləvi informasiya vasitələrində bildirilir ki, Bakı şəhərində polis gücləndirilmiş iş rejiminə keçib.
BAKU.WS-in məlumatına görə, yayılan məlumatlarda paytaxtda polisin iki gündür gücləndirilmiş iş rejimində çalışdıqları və xüsusi postlar qurulduğu bildirilir. Həmçinin deyilir ki, guya yol polisləri də gecləndirilmiş iş rejimində çalışırlar. Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər Baş Polis İdarəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov bildirdi ki, hazırda Bakı polisi ümumi rejimdə çalışır. "Polislər ümumi iş rejimində çalışır. Ümumiyyətlə 24 saat çalışan və ölkənən təhlükəsizliyini qoruyan polislərin işi həmişə gücləndirilmiş şəraitdə olur. Amma iki gün ərzində polislərin hansısa səbəbə görə postlar qurması barədə deyilənlər doğru deyil”, - deyə Qalib Rəhimov bildirib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Ziya Məmmədovun saxlanılması xəbərinə rəsmi cavab
Kütləvi informasiya vasitələrində nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxarıldığı və saxlanıldığı barədə məlumatlar yayılıb. BAKU.WS-in məlumatına görə, yay...