İstanbulu qana boyayan terrorçuların kimliyi məlum oldu (VİDEO)
İstanbulda 42 nəfərin ölümünə səbəb olan terror aktının detalları dəqiqləşib.
BAKU.WS-in məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, canlı bombalar ilk olaraq bir polisi vurub və daha sonra hərəkətə keçib. Terror aktı zamanı dayanacağa qaçan kamikadzelərdən biri daha sonra geri qayıdaraq özünü partladıb.
Bütün dünyada əks-səda yaradan Atatürk Havalimanındakı canlı bombanın Tacikistan əsilli olduğu müəyyənləşib. Alınan məlumatlara görə, kamera qeydləri və hadisə şahidlərinin ifadələrindən hadisənin necə baş verdiyi də tam olaraq aydınlaşıb.
Taksiylə Atatürk Havalımanına gələn üç terrorçu birbaşa hadisə baş verəcək əraziyə yönəlib. Polisin terrorçulardan birindən şübhələndiyi üçün ona atəş açılıb. Daha sonra havalimanı içərisində atışma başlayıb. Bu zaman polis terrorçulardan birinə atəş açaraq yaralayıb. Silahını itirən terrorçu dərhal özünü partladıb. Bu zaman ətrafdakı insanlar qaçmağa başlayıb və nəticədə insan tələfatının artmasının qarşısı alınıb.
BAKU.WS
Oxşar xəbərlər
Atatürk hava limanında əslində nə baş verdi? - VIDEO
"Terror hadisəsinin həm bayram, həm də Türkiyənin bəzi ölkələrlə münasibətlərini düzəltmək ərəfəsində baş verməsi heç də təsadüf deyil. Bu qanlı hadisə əvvəlcəd...