Paytaxta baş verən qəzada vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar - VİDEO
Bakı şəhərinin Nərimanov rayonu, Vaqif prospektində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ-2121 və “Saipa” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və “Saipa” markalı avtomobilin sürücüsü ilə sərnişinləri deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və iki sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Zığ şossesində "Prius"da sıxılı vəziyyətdə qalan sərnişin xilas edilib - VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu Zığ şosesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə...