Binəqədidə yaşlı qadın gölməçədə öldü - VİDEO - YENİLƏNİB
Ötən gündən etibarən paytaxta yağan intensiv yağış bədbəxt hadisəyə səbəb olub.
İntensiv yağış səbəbindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşıb.
Nəticədə ərazidə böyük gölməçə meydana gəlib.
Hadisə şahidlərinin sözlərinə görə, yaranan vəziyyətdən narahatlıq duyan 79 yaşlı qadın küçəyə çıxarkən infarkt keçirib və gölməçəyə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.
Ətraflı videomaterialda:
***11:12
Ötən gecədən etibarən müşahidə olunan yağışlı hava paytaxtda bir sıra fəsadlar törədib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Binəqədi rayon ərazisində yağış suları həm piyadalar, həm də nəqliyyat vasitələri üçün hərəkəti məhdudlaşdırıb.
İddialara görə, eyni zamanda ərazidə kanalizasiya sistemi yararsız vəziyyətə düşüb. Daşan çirkab sular yağış suları ilə qarışıb və ətrafa pis qoxu yayılıb.
Görüntülərdə orta yaşlı qadının halının pisləşdiyi və yağış sularının dolduğu əraziyə yıxıldığı da əks olunub.
Sözügedən videonu təqdim edirik:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...