Bakıda avtobus qəzaya uğrayıb - VİDEO

06
dek
2023
17:51
Bakıda avtobus qəzaya uğrayıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Şəbəkə istifadəçilərinin şərhlərinə əsasən, qəza Suraxanı rayonu Köhnə Günəşli ərazisində baş verib.
Belə ki, marşrut avtobusu yol kənarındakı müşahidə kamerasını sındırıb, daha sonra yoldan bir neçə metr aşağıdakı hasara çırpılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Qəza nəticəsində xəsarət alanların olub-olmadığı haqqında hələlik məlumat yoxdur.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Şamaxıda turistləri daşıyan avtobusla bağlı ŞOK FAKT - Qəzalı vəziyyətdə imiş... - VİDEO - YENİLƏNİB
Şamaxıda turistləri daşıyan avtobusun qəzaya düşməsi ilə bağlı yeni dettalar üzə çıxıb. BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə baş verməzdən əvvəl avtobus...
