VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xəzər rayonunda yerləşən 292 nömrəli tam orta məktəbin nə direktoru, nə də müavini var.

Valideynlər bildiriblər ki, iki ildir fəaliyyət göstərən bu təhsil ocağına indiyədək direktor təyin edilməyib.

Hətta, direktor olmadığı üçün müəllimlər də dərsə məsuliyyətsiz yanaşırlar.

Bununla yanaşı, sözügedən məktəbdə müəllim uşaqları döyür və təhqir edir.

Yaranmış vəziyyətdən narazı olan valideynlərin sözlərinə görə, məktəbə gəldiklərində onları xadimələr qarşılayırlar.

Bir sözlə təhsil ocağında özbaşınalıq hökm sürür.

Ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO