SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bu qatarın gecikməsi deyil. Sentyabrın 15-dən sonra bu barədə dəfələrlə məlumat veririk.

Bu sözləri BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-in mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, sərnişinlərin gur olduğu dəqiqələrdə texniki baxımdan ehtiyyat qtarlardan çox istifadə etmək olmur. Bu səbəbdən qatarların manevrindən istifadə edilir:

"Manevr etmək üçün qatarlar bir istiqamətdən - Neftçilər stansiyasından, digər istiqamətdən isə Meymar Əcəmidən geri qaytarılır. Bu da məhz həmin vaxtın qatarıdır. Qatar Meymar Əcəmi stansiyasından geri qayıtdıqda, avtomatik olaraq Nəsimi, Azadlıq Prospekti və Dərnəgül istiqamətlərində həmin an interval 2 dəfəyə yaxın artıq olur. Biz bu manevri tətbiq etməklə sərnişin sıxlığı, sərnişin axınına nəzarət edirik. Eyni proses Neftçilər stansiyasında da olur. Bu zaman Əhmədli, Xalqlar Dostluğu və Həzi Aslanov stansiyasında interval çox olur. Bunun üstünlüyü ondan ibarətdir ki, metronun ən sıx stansiyalarında sərnişin sıxlığı tənzimlənir. Bu gün metropolitendə heç bir istiqamətdə qatarların hərəkətində gecikmə olmayıb".  

***09:32

Bakı metrosunda qatar gecikib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Bildirilib ki, hadisə səhər saat 08:00-da, Həzi Aslanov stansiyasında qeydə alınıb. Qatar 7 dəqiqə gecikib. 

Pik saatda metroda qatarın gec gəlməsi sıxlığa səbəb olub. 

Banu Hüseynli
BAKU.WS
QALEREYA