Piknikə gəldilər, süfrələrini ayıya verib qaçdılar - VİDEO

Piknikə gəldilər, süfrələrini ayıya verib qaçdılar - VİDEO
Video
Hadisə 1

Türkiyədə, Bitlisin Tatvan rayonunda yerləşən Nemrut Krater Gölü son zamanlar bölgədə yaşayan və insanların tez-tez əl ilə bəslədiyi ayılarla gündəm olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bölgədə sayı günü-gündən artan ayılar artıq yemək tapmaq üçün avtomobillərin və insanların gəzintiyə çıxdığı ərazilərin qarşısına çıxır.

İki gün əvvəl axşam saatlarında piknik üçün bölgəyə gələn 5 nəfərlik bir qrup ayılarla qarşılaşıb.

Yeməklərini hazırlayıb süfrə açan gənclər onlara yaxınlaşan ayılardan təşvişə düşüblər. Gənclər qorxu içində maşınlarına tərəf qaçıb, ayılar stolun üstündəki yeməyi yeyərək ərazini tərk edib. Baş verənlər mobil telefon kamerası ilə lentə alınıb.

Son xəbərlər