SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Goranboyda ağır yol qəzası baş verib.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

"NİVA” və "VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində "Niva”nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və "VAZ 21011” də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər. İlkin məlumata görə, dünyasını dəyişən "Niva”nın sürücüsü Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS