SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının mərkəzindəki mağazalardan birindən külli miqdarda oğurluq edilib.

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Bakı şəhər sakini Nazim Məmmədəliyevə məxsus mağazadan 40 ədəd mobil telefon və aksessuarları, noutbuk və 80 ədəd mobil telefon nömrəsi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fuad Abışov və Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Fəqan İbrahimov tutulublar. F.Abışovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Yusif Orucovla birgə 1 mağazadan spirtli içki oğurlaması da müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə Y.Orucov da tutulub.

Araşdırma aparılır.