Mircəlil Qasımlı: Azərbaycanda idman zallarında gizli formada steroidlər yayılıb
Azərbaycanda idman zallarında gizli formada steroidlər (steroidlər – yüksək bioloji aktivliyə malik olan maddələrdir) yayılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin gənclər və idman komitəsinin üzvü Mircəlil Qasımlı komitənin bugünkü iclasında deyib.
Deputat bunun ciddi problemə çevrildiyini vurğulayıb:
"Qarşıdakı bütün sessiyalarda biz bunu çox ciddi şəkildə müzakirə etməliyik. Çünki gənclərin gələcəyi böyük təhlükədədir. Nəticə əldə etmək üçün steroiddən istifadə olunursa, bu dopinq vasitəsi deməkdir. Amma təəssüf ki, gələcəkdəki nəticələr faciəvi ola bilər".
Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev isə deputatın fikirlərinə münasibət bildirib:
"Dopinqlə mübarizə doğrudan da ciddi məsələdir. Biz bu barədə müvafiq qurumun mütəxəssisləri ilə onlayn görüş təşkil etmişik. Qısa müddətdə bu sahədə hazırlanan bir sıra dəyişiklikləri komitəyə təqdim edəcəyik".
Oxşar xəbərlər
Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - Təhlükəli vəziyyət yaranıb
Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi səbəbindən asfalt örtüyü dağılıb və yolun hərəkət hissəsi daralıb. Bu vəziyyət sürücülərin ərazidən keçidini çətinləşdir...