Rəsulzadənin Gəncədəki büstü çuvaldan xilas oldu - İcra Hakimiyyəti isə hər şeydən xəbərsizdir

Rəsulzadənin Gəncədəki büstü çuvaldan xilas oldu - İcra Hakimiyyəti isə hər şeydən xəbərsizdir
Hadisə 1019
 

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular parkında qoyulmuş büstünün başına keçirilmiş çuval bu gün səhər saatlarından etbarən götürülüb. BAKU.WS xəbər verir ki, bu barədə "AZƏRFAKS”a Gəncə sakinlərindən biri məlumat verib. Məlumata görə, hazırda əraziyə 20-yə yaxın texniki işçi cəlb olunub və onlar büstün ətrafında təmizlik işləri aparırlar. "Bu bizim üçün çox xoş bir sürpriz oldu" - deyə, Gəncə sakini bildirib. Qeyd edək ki, M.Ə.Rəsulzadənin büstü qoyulmuş Dəmiryolçular parkı Nəqliyyat Nazirliyinin balansındadır. Parkda uzun müddət idi ki, təmir işləri aparılırdı. Rəsmi səviyyələrdə verilmiş açılqamalara görə, M.Ə.Rəsulzadənin büstünün üstü də məhz təmir işlərilə əlaqədar örtülübmüş. Xatırladaq ki, Gəncə şəhərindən seçilmiş millət vəkili Naqif Həmzəyevin M.Ə.Rəsulzadə barədə səsləndirdiyi fikirlər geniş ictimai etiraza səbəb olub. Deyilənləri dəqiqləşdirmək üçün Gəncə şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Gəncə icra başçının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafiq Şəfiyev BAKU.WS-ə açıqlamasında Gəncədə baş verənlərdən xəbərsiz olduğunu bildirdi. Onun sözlərinə görə, hazırda işə başı qarışıb və büstün açılıb-açılmadığı barədə məlumatsızdır. "Bu mənim sahəm deyil. Mümkünsə qurumun mətbuat xidmətinin rəhbəri Həsən müəllimlə əlaqə saxlayın", - deyə Rafiq Şəfiyev bildirib. İşi birbaşa mtəbuat nümayəndələrilə danışmaq olan Həsən müəllim də bu barədə danışmaq istəmədi. O BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin büst dəmiryolçular parkındadır. Bu səbəbdən də, bu barədə onların heç bir xəbəri yoxdur. "Mən iclasa girirəm. Bu barədə heç nə bilmirəm", - deyə Həsən müəllim də işinin əslində mətbuat nümayəndələrinin suallarına cavab vermək olduğunu yaddan çıxardı. Amma Gəncə Şəhər İcra Hakimiyyətindəkilər Rəsulzadənin Azərbaycan üçün elədiklərini unutmasalar yaxşıdır. Yoxsa ən az Naqif Həmzəyevin üzləşdiyi qınaqla üz-üzə qalarlar. Axı mətbuatın gücü böyükdür.  Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər