Avtomobildə diqqəti yayındıran söhbətlə bağlı yeni RƏSMİ AÇIQLAMA (VİDEO)

Avtomobildə diqqəti yayındıran söhbətlə bağlı yeni RƏSMİ AÇIQLAMA (VİDEO)
Video
Hadisə 2985
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev avtomobildə diqqəti yayındıran söhbətə görə sürücülərin cərimələnməsini nəzərdə tutan maddə ilə bağlı açıqlama verib. BAKU.WS-in məlumatına görə, Kamran Əliyev həmin maddəni təkzib edərək bildirib ki, sürücülərin sükan arxasında danışmasını qadağan edən qanunun qəbul olunması ilə bağlı yanlış informasiya yayılıb. “Bütün hərəkət iştirakçılarının, xüsusilə sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, nə belə qanun qəbul olunub, nə də qanunda belə müddəa var. Sükan arxasında hər kəs sərbəstdir. Bir daha təkrar edirəm ki, qanunvericilikdə bu halı qadağan edən müddəa yoxdur”, - deyə Kamran Əliyev qeyd edib. Həmçinin oxuyun: Avtomobildə diqqəti yayındıracaq söhbətə görə 40 AZN cərimələnəcəksiniz (RƏSMİ)BAKU.WS

Son xəbərlər