Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Bakının Xətai rayonu İsmayıl Məmmədov küçəsində yerləşən yeni tikilidə qeydə alınıb.

Belə ki, 1974-cü il təvvəllüdlü Həbib Babayev hüquq-mühafizə orqanlarına müraciət edərək evdə olmadığı müddətdə 107 min ABŞ dolları pulunun oğurlandığını bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Azər Məmmədov
BAKU.WS