SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağstafada 35 yaşlı Günel Məmmədovanın döyülərək öldürülməsi ilə bağlı xəbər vermişdik. 

Hadisə ilə əlaqədar bir sıra faktlar ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı lent.az-a danışan mərhumun qardaşı Ramin Həsənov bildirib ki, bacısını əri və qayınanası döyüb:

“Bacımın uşağı xəstəlikdən əziyyət çəkir. Ona görə də, dövlət onun aylıq dərmanlarının alınması üçün 300 manat müavinət təyin edib. Ailə də hər ay həmin kartdan 260 manatı çıxarıb kreditə verirdi.

Aprelin 8-də bacım Günel əri Məmmədov Ayaz Kərəm oğluna dedi ki, kartdan pul çıxarmağa gedirsən onsuz, elə uşağa dərman da al. Əri də deyib ki, dərman 20 manatdı. Bahadı necə alım? Həmin məsələyə görə, Ayaz anası ilə birgə Güneli döyüblər. Təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbə endiriblər. Bacımın ağzından və qulağından qan gəlirdi”.

Ramin Həsənovun sözlərinə görə, Günel Məmmədova aprelin 8-dən xəstəxanada yatıb:

“Dünən axşam artıq can verirdi. Ağsaqqallar məsləhət etdi ki, evə gətirək. Bu gün səhər Dağ Kəsəmən kəndində, mənim evimdə vəfat etdi”. 

BAKU.WS
VİDEO