Bərdədə sürücü piyadanı vuraraq öldürdü

Bərdə rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, martın 22-də 1994-cü il təvəllüdlü İsmayıl Ərşadlı idarə etdiyi “Khazar SD” minik markalı avtomobillə rayonun Alpoud kəndindən Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən yolun 8-ci kilometrliyində öz hərəkət zolağında piyada, Bərdə rayonu, Yeni Əyricə kənd sakini, 1997-ci il təvəllüdlü İsrayıl Əmirovu vurub.
Xəsarət alan İ.Əmirov Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. O, martın 23-də həmin xəstəxanada ölüb.
Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Şöbədə arvadını öldürən polislə bağlı bilmədiyiniz ŞOK FAKTLAR - VİDEO - FOTO
CİNAYƏT İŞİ Qısa arayış... 2021-ci il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl baş verib. Rayon Polis İdarəsinin Post-Patrul Xi...
