Maştağa qəsəbə sakinindən qumbara götürülüb.
BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində Maştağa qəsəbə sakini Elmar Dadaşovdan 2 ədəd "F-1” qumbarası və 2 ədəd "UZQRM” tipli alışdırıcı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Səccad
BAKU.WS
Maştağada qumbara əməliyyatı
18
sen
2015
1 447